çərşənbə axşamı 15 aprel 2025 - 15:33
Livan Ümmət Hərəkatının Baş katibi: Sionist düşmənin insanlığa qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmasının vaxtı çatıb.

Hövzə/ Şeyx Abdullah Cəbrinin sözlərinə görə, Fələstini müdafiə etmək dini, əxlaqi və insani bir vəzifədir və Fələstin xalqı ərəb və İslam ölkələrinin dəstəyinə ehtiyac duyur.

Hövzə Xəbər Agentliyinin tərcümə şöbəsinin məlumatına görə, Livan Ümmət Hərəkatının Baş katibi Şeyx Abdullah Cəbri çıxışı zamanı bildirib: Fələstini müdafiə etmək dini, əxlaqi və insani bir vəzifədir və Fələstin xalqı bütün ərəb və İslam xalqlarının, eləcə də dünya azad düşüncəli insanların daha geniş dəstəyinə ehtiyac duyur.

O əlavə edib: Bu məsələ ilə bağlı susqunluğa son qoyulmalıdır və artıq zaman yetişib ki, sionist düşmən insanlığa qarşı törətdiyi bütün cinayətlərə görə beynəlxalq səviyyədə cavab versin və cəzalandırılsın.

Şeyx Cəbri sionist rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı həyata keçirdiyi vəhşi qırğını və Livana qarşı davamlı təcavüzlərini – kəndlər və təhlükəsiz yaşayış məntəqələrinin hücuma məruz qalmasını – qəti şəkildə pisləyib.

Ümmət Hərəkatının Baş katibi dünya ölkələrini çağırıb ki, heç olmasa bir dəfə vicdanla hərəkət edib, bu rejimə təzyiq göstərsinlər ki, Fələstinlilərə və Livanlilara qarşı törədilən qırğınları dayandırsın.

O qeyd edib: Sionist rejimlə münasibətlərin normallaşdırılmasını təşviq edənlər heç bir halda Livana xidmət etmirlər. Onlar ölkəni təslimçiliyə, alçaldılmağa sürükləmək və ABŞ ilə Qərbin diktə etdiyi planları icra etmək istəyirlər.

Şeyx Cəbri vurğulayıb: Bu ümmətin şərəfli insanları Fələstin məsələsini heç vaxt tərk etməyəcək və onların seçimi torpaqlar və müqəddəs məkanlar azad olana qədər cihad və müqavimət olacaq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha